...

Gözlənilməz kəşf: sərbəst radikallar iştahaya nəzarət edir

Cəmiyyət Materials 3 Sentyabr 2011 14:43 (UTC +04:00)
Gözlənilməz kəşf: sərbəst radikallar iştahaya nəzarət edir
Gözlənilməz kəşf: sərbəst radikallar iştahaya nəzarət edir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Beynəlxalq tədqiqat qrupu bəyan edir ki, bəzi adamların nə üçün həddindən artıq çox yediyini aydınlaşdırıb. Trend-in məlumatına görə, bu barədə The Times of India "Nature Medicine" jurnalına istinadən məlumat verib.

Araşdırmaların nəticələri göstərib ki, hər şeyə görə qocalma və toxumaların zədələnməsi ilə bağlı molekullar olan sərbəst radikallar günahkardır. Onlar iştahın qarşısının alınması nöqteyi-nəzərindən əsas rol oynayırlar. Alimlər aclığa nəzarət edən beyin sxemlərini tədqiq ediblər və aydınlaşdırıblar ki, sərbəst radikalların yüksək səviyyəsi piylənmədən əziyyət çəkən laboratoriya siçanlarında aclıq hissini aradan qaldırıb və toxluq hissi oyadan melanokortin neyronlarını fəallaşdırıb.

Tədqiqatın rəhbəri professor Tamas Xorvat izah edir: "Bu, ikiuclu dəyənəkdir. Bir tərəfdən, hansısa anda yeməyi dayandırmaq üçün insanın bədənində bu molekullar olmalıdır. Digər tərəfdən, əgər insan daim sərbəst radikalların təsirinə məruz qalarsa, bu zaman onun hüceyrələri zədələnər və qocalma sürətlənər. Bu, piylənmənin müalicəsi zamanı terapevtik yanaşmanın işlənib hazırlanmasının nə üçün çətin olduğunu izah edə bilər".

Xəbər lenti

Xəbər lenti