...

Azərbaycanda yaxın 3 gündə temperatur yüksələcək

Cəmiyyət Materials 7 Sentyabr 2011 12:08 (UTC +04:00)
Yaxın 3 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
Azərbaycanda yaxın 3 gündə temperatur yüksələcək

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yaxın 3 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 25-30 dərəcə olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.

Sabah əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə olacaq.

Xəbər lenti

Xəbər lenti