...

Bakıdakı əsas yollardan biri bağlanıb

Cəmiyyət Materials 15 May 2012 17:59 (UTC +04:00)
"Azəryolservis" ASC "Koroğlu" metrostansiyası yaxınlığında asma körpünün tikintisi çərçivəsində taxta qəliblərin sökülməsi səbəbindən körpünün altındakı əsas yol ilə (aeroporta gedən yol) hərəkəti bağlayıb.
Bakıdakı əsas yollardan biri bağlanıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC "Koroğlu" metrostansiyası yaxınlığında asma körpünün tikintisi çərçivəsində müvəqqəti dayaqların sökülməsi səbəbindən körpünün altındakı əsas yol ilə (aeroporta gedən yol) hərəkəti bağlayıb. Bu barədə çərşənbə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, avtomobillərin hərəkəti üçün əsas sürət yolunun 500 metrlik sahəsi bağlanıb.

"Yol bir neçə gün bağlı olacaq. Bu, müvəqqəti dayaqların sökülməsi üçün lazımdır. Bununla yanaşı, sürücülər kənar yollardan istifadə edə bilərlər", - Mürsəliyev vurğulayıb.

O bildirib ki, artıq bütün işlər başa çatdığına görə körpünü yaxın vaxtlarda istismara vermək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti