...

Azərbaycan ombudsmanı müvəqqəti saxlama təcridxanalarına baxış keçirib

Cəmiyyət Materials 2 İyun 2012 14:22 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və onun işgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan regional mərkəzlərinin əməkdaşları Şəki, Qəbələ, Bərdə və Quba rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçiriblər.
Azərbaycan ombudsmanı müvəqqəti saxlama təcridxanalarına baxış keçirib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və onun işgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan regional mərkəzlərinin əməkdaşları Şəki, Qəbələ, Bərdə və Quba rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçiriblər.

Ombudsman Aparatının mətbut xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, baxışlar zamanı saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb. Habelə MPM barədə ətraflı məlumat verilib, saxlanma şəraitinin müvafiq normalara uyğunluğu, həmin şəxslərin vəkillə təmin olunması, hər hansı kobud rəftara məruz qalıb-qalmaması, tibbi yardımın göstərilməsi, saxlanma şəraiti ilə əlaqədar kameraların normal işıqlanma və ventilyasiyası, ibadət otağının olması, gündəlik isti yeməyin verilməsi, gigiyena tələblərinə riayət edilməsi vəziyyəti yoxlanılıb.

Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq bildirməyiblər.

Baxış zamanı adıçəkilən müvəqqəti saxlama təcridxanalarının şəraitinin standartlara uyğun olduğu, habelə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz RPİ-nin, Oğuz və Ağcabədi RPŞ-lərin müvəqqəti saxlama təcridxanalarında təmir işlərinin davam etdirildiyi müəyyən edilib.

Ombudsman baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib, onlara MPM-in vəzifələrini izah edib.

Xəbər lenti

Xəbər lenti