...

Litvanın aparıcı universitetində Nizami Gəncəvi adına Azərbaycan auditoriyası açılacaq (FOTO)

Cəmiyyət Materials 20 İyun 2012 11:07 (UTC +04:00)
Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə hazırda Litvada səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanova Vilnüs Edukologiya Universitetinin rektoru Algirdas Gaijutis məlumat verib.
Litvanın aparıcı universitetində Nizami Gəncəvi adına Azərbaycan auditoriyası açılacaq (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Yaxın vaxtlarda Litvanın Vilnüs Edukologiya Universitetində Nizami Gəncəvi adına Azərbaycan auditoriyası açılacaq.

Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə hazırda Litvada səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanova Vilnüs Edukologiya Universitetinin rektoru Algirdas Gaijutis məlumat verib.

400 ildən artıq tarixi olan ali məktəbin uğurlarından söz açan rektor bu universitetin dünyanın ali təhsil müəssisələri ilə bağlı reytinq siyahılarında ön cərgədə dayandığını bildirib. O, rəhbərlik etdiyi təhsil müəssisəsinin adının Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş xaricdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq müəyyənləşdirilmiş universitetlərin siyahısına daxil edildiyinə görə ölkəmizin Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadəyə və təhsil naziri Misir Mərdanova təşəkkür edib.

Nazir Litvada təhsil alan 50-yə yaxın azərbaycanlı tələbə ilə də görüşüb.

Görüş zamanı Misir Mərdanov azərbaycanlı tələbələrin qayğı və problemləri ilə maraqlanıb. Nazir bildirib ki, artıq Litvanın iki nüfuzlu ali məktəbi xaricdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq müəyyənləşdirilmiş universitetlərin siyahısına daxil edilib və həmin təhsil müəssisələrinə müvafiq proqram üzrə qəbul olunacaq tələbələrin bütün xərcləri Azərbaycan hökuməti tərəfindən ödəniləcək.

Azərbaycanı layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində daha fəal olmağı tövsiyə edən Misir Mərdanov azərbaycanlı tələbələrə Təhsil Nazirliyinin müvafiq qurumları ilə mütəmadi əlaqə saxlamağın zəruriliyini bildirib.

Xəbər lenti

Xəbər lenti