...

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədrliyinə üç namizəd var

Cəmiyyət Materials 25 İyun 2012 11:14 (UTC +04:00)
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədrliyinə hazırda üç, digər seçkili orqanlara 18 namizəd var.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədrliyinə üç namizəd var

Azərbaycan, Bakı, 25 iyun / Trend müxbir M.Əliyev/

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədrliyinə hazırda üç, digər seçkili orqanlara 18 namizəd var. Bu barədə Trend-ə bazar ertəsi Şuranın hazırkı sədri, deputat Fuad Muradov bildirib.

"ARGTMŞ-nin seçkiləri Milli Şuranın nizamnaməsinin tələblərinə uyğun olaraq keçiriləcək. Sədr və digər seçkili orqanlara ARGTMŞ-nin üzv təşkilatları tərəfindən irəli sürülən namizədlər mübarizə aparacaqlar", - Muradov deyib.

Onun sözlərinə görə, Milli Şuranın tarixində hər zaman şəffaf və demokratik seçkilər keçirilib.

"Bütün namizədlərə seçkilərdə uğurlar arzulayıram. Əminəm ki, bundan sonra da Milli Şura Azərbaycan gənclərinin doğma ocağı olaraq öz fəaliyyətini davam etdirəcək", - o deyib.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sayca XII qurultayı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti