...

İsmayıllıdan olan millət vəkili İvanovka kəndinin sakinləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2012 10:35 (UTC +04:00)
Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna davamlı olaraq səfərlər edir. Məqsəd seçiciləri ilə sıx ünsiyyətdə olaraq onların problemləri ilə yerində tanış olmaq və həllinə çalışmaqdır
İsmayıllıdan olan millət vəkili İvanovka kəndinin sakinləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna davamlı olaraq səfərlər edir. Məqsəd seçiciləri ilə sıx ünsiyyətdə olaraq onların problemləri ilə yerində tanış olmaq və həllinə çalışmaqdır.

Avqust ayının 7-də millət vəkili İsmayıllı rayonunun İvanovka kənd sakinləri ilə növbəti görüşünü keçirib. Görüş kəndin mədəniyyət sarayında keçirilib. Görüşdə kolxozun sədri, kənd ağsaqqalları və gəncləri iştirak edib. Deputat öz çıxışında rayon ərazisində həyata keçirilən uğurlu layihələrdən söhbət açıb. İvanovka kəndinə dövlət tərəfindən göstərilən xüsusi diqqətdən danışıb. Kənd sakinləri Novruz Aslanova tez-tez onların göruşünə gəldiyinə görə təşəkkür ediblər. Kənd sakini Jabin nəvəsinin cərrahi əməliyyatına 1000 manat yardım etdiyi üçün deputata xüsusi təşəkkürünü bildirib. Qaldırılan məsələlər əsasən kəndin su, qazın davamlı verilməsi və elektrik xəttlərinin yenilənməsi ilə bağlı olub. Deputat bu məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.

Məlumat üçün bildirək ki, millət vəkili İsmayıllı rayonuna bu il 28 səfər edib. Bu günə kimi Novruz Aslanovun ünvanına 665 rəsmi müraciət daxil olub və məsələlərin həlli məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına 137 deputat sorğusu və məktublar göndərilib. 38 sorğuya rəsmi cavab verilib.

Xəbər lenti

Xəbər lenti