Azərbaycan, Bakı, 11 sentyabr /Trend. müxbir E.İsmayılov/
Quba-Qusar yolunun 7-ci km-də Qururçay üzərində yeni körpü tikiləcək.
Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bazar ertəsindən etibarən Quba-Qusar yolunun 7-ci km-də Quruçay üzərindəki qəzalı vəziyyətdə olan körpünün dəmir-beton elementlərinin söküntüsünə başlanılıb.
Söküntü işləri başa çatdırıldıqdan sonra yeni körpünün inşasına start veriləcək.
Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkəti üçün artıq körpünün ətrafında müvəqqəti yol salınıb.