...

İtaliyada Ümumdünya Rus Mətbuatı Konqresi 54 ölkədən rusdilli KİV-in 250 nümayəndəsini bir araya toplayıb

Cəmiyyət Materials 24 Sentyabr 2012 19:46 (UTC +04:00)
Bu gün İTAR-TASS Agentliyinin himayəsilə Neapolda başlanmış XIV Ümumdünya Rus Mətbuatı Konqresinin iştirakçıları və qonaqları planetin rusdilli informasiya qurumları qarşısında duran vəzifələri müzakirə edirlər.
İtaliyada Ümumdünya Rus Mətbuatı Konqresi 54 ölkədən rusdilli KİV-in 250 nümayəndəsini bir araya toplayıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Bu gün İTAR-TASS Agentliyinin himayəsilə Neapolda başlanmış XIV Ümumdünya Rus Mətbuatı Konqresinin iştirakçıları və qonaqları planetin rusdilli informasiya qurumları qarşısında duran vəzifələri müzakirə edirlər.

Dünyanın 54 ölkəsindən ümummilli KİV-lərin 250 nümayəndəsi, rusdilli mətbuatın naşirləri və sahə rəhbərləri Ümumdünya Rus Mətbuatı Assosiasiyasının (ÜRMA) çağırışı ilə Apennin yarımadasının cənubundakı Neapolitan körfəzinin sahilində toplaşıblar. Konqresin işində Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın baş direktoru Aslan Aslanov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Trend İnformasitya Agentliyinin baş direktoru İlqar Hüseynov, "Azerbaycanskiye izvestiya" qəzetinin baş redaktoru Gülnarə Hüseynova iştirak edirlər.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin konqresin iştirakçılarına və qonaqlarına təbrik məktubu göndərib.

"Sizin ənənəvi görüşləriniz bizim mövqelərimizi ildən-ilə möhkəmləndirir, rusdilli informasiya məkanının genişlənməsinə xüsusi töhfə verir. Bu görüşlər ölkəmizi sevən və onun uğurla inkişaf etməsində həqiqətən maraqlı olan hər kəsi birləşdirir, rus dilinin və mədəniyyətinin irəliləməsinə, Rusiyanın dünyada müsbət imicinin formalaşmasına kömək edir", - Putin bildirib və "Rusiya tarixi ili"ndə konqres iştirakçılarının "tarixi maarifləndirməyə, ümumi tarixi yaddaşın saxlanması mövzularına, milli mənəvi irsə hörmətlə yanaşmaya xüsusi, prioritet diqqət ayıracaqlarına" ümidvar olduğunu qeyd edib.

İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitano konqres iştirakçılarına işlərində uğurla arzulayıb.

Konqresin Neapolda keçirilməsi təsadüfi deyil. İtaliyanın bu cənub şəhərində çoxsaylı rus icmalarından biri yaşayır. Burada rus dlində iki qəzet - "Наша газета" və "Шепот и крик" işıq üzü görür. Rusdilli KİV-lərin qarşılıqlı fəaliyyətinə və həmyerlilər icmasına ayrıca seksiya həsr olunub.

Konqresin açılışında giriş sözü ilə İTAR-TASS-ın kollegiya sədri Vitali İqnatenko və RF Dövlət Dumasının sədri Sergey Narışkin çıxış ediblər. İtaliya tərəfdən iştirakçıları Neapol meri və konqresin İtaliya Milli Təşkilat Komitəsinin rəhbəri salamlayıb.

Neapol şəhərinin meri Luici De Macistris "vicdan və həqiqətin əksinə getməyərək, faktları və şəxsi fikirləri ifadə etməyə hesablanmış" cəmiyyətdə jurnalistlərin vacib rolunu qeyd edib.

Neapol arxiyepiskopu kardinal Kreşentso Sepe təbrik çıxışında Rusiya-İtaliya əlaqələrinin keçmiş tarixi olduğunu xatırladıb.

ÜRMA-nın prezidenti, İTAR-TASS-ın kollegiya rəhbəri Vitali İqnatenko rusdilli informasiya məkanının dəstəklənməsi və inkişafında bu institutunun əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, hazırda rusdilli KİV-in qarşısında bütün dünya media məkanı üçün eyni olan çağırışlar dayanıb. "Bu konqresin mərkəzində sosial şəbəkələr və bloq sahəsinin rus mətbuatının inkişafına təsiri məsələsi, informasiya məkanı üçün internet resurslarının daşıdığı yeni imkanlar və təhlükələr dayanıb", - o əlavə edib.

İlk plenar iclası "Rossiyskaya qazeta"nin baş redaktoru Vladislav Fronin və Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin keçiriblər.

Peşəkar jurnalistlərin üç gün davam edəcək görüşü zamanı "Yeni media erası və dünya rusdilli informasiya məkanı. Sosial media və ənənəvi KİV-lər: pro və contra", "Xaricdə rus dilinin və rus mətbuatının qorunub saxlanması və inkişafının perspektivləri və problemləri", habelə "Rus KİV-ləri və həmvətənlər icmaları. Qarşılıqlı fəaliyyət təcrübəsi və potensialı" mövzularında plenar iclaslar və sessiyalar keçiriləcək.

Təbirdə sosial şəbəkələrin və bloqosferin rus xarici mətbuatının inkişafına təsirinin aktual prosesləri, internet resursların informasiya məkanı üçün yeni imkanları və təhlükəsi, ənənəvi kütləvi kommunikasiya formalarının qorunub saxlanmasının reallığı və sosial medianın və ənənəvi KİV-lərin uğurlu konvergensiyası nümunəsində ənənəvi kütləvi kommunikasiya formalarının yeni informasiya yayımı yollarına inteqrasiyasının mümkünlüyü məsələlərinin müzakirə olunacağı gözlənilir.

İTAR-TASS Agentliyi Kollegiyasının sədri, ÜRMA-nın prezidenti Vitali İqnatenko yenidən bu beynəlxalq qurumun prezidenti, İlqar Hüseynov ÜRMA idarə heyətinin üzvü seçiliblər.

Xəbər lenti

Xəbər lenti