...

Bakıda yol qəzalarında 10 uşaq ölüb, 61 nəfər xəsarət alıb

Cəmiyyət Materials 15 Oktyabr 2012 12:19 (UTC +04:00)
Bakıda bu ilin 9 ayında yol qəzalarında 10 uşaq həlak olub, 61 nəfər xəsarət alıb.
Bakıda yol qəzalarında 10 uşaq ölüb, 61 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu ilin 9 ayında yol qəzalarında 10 uşaq həlak olub, 61 nəfər xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, hesabat dövründə paytaxtda uşaqlarla bağlı 67 yol qəzası qeydə alınıb.

Həmin qəzaların 21-i məktəbəqədər yaşlı uşaqlarla (4 ölüm, 19 xəsarət), 46 hadisə məktəblilərlə (6 ölüm, 42 xəsarət) bağlı olub.

Əsədov bildirib ki, ötən ilin 9 ayı ilə müqayisədə bu il uşaqlarla bağlı 24 hadisə, 13 ölüm, 10 xəsarət azalma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti