...

Əqli cəhətdən fiziki qüsurlu uşaqlar üçün bayram şənliyi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2012 14:45 (UTC +04:00)
Oktyabrın 28-də «Vətəndaş Maarifləndirilməsi» İctimai Birliyinin (VMİB) təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı internat evində «Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat və təşviqat kampaniyasının təşkili» layihəsi çərçivəsində bayram şənliyi təşkil olunub.
Əqli cəhətdən fiziki qüsurlu uşaqlar üçün bayram şənliyi təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabrın 28-də "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin (VMİB) təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 saylı internat evində "Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat və təşviqat kampaniyasının təşkili" layihəsi çərçivəsində bayram şənliyi təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin dəstəyi ilə təşkil olunan bayram şənliyində dövlət himayəsində yaşayan sağlamlıq imkanları məhdud uşaqlara musiqili-əyləncəli proqram, həmçinin müxtəlif sovqatlar təqdim olunmaqla, onlara sevinc dolu yaşantılar bəxş edilib. Tədbir zamanı internat evinin həmin gün ad günü olan üç nəfər sakininə hədiyyələr verilib.

Məlumat üçün bildirək ki, VMİB-in icra etdiyi "Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat və təşviqat kampaniyasının təşkili" layihəsinin əsas məqsədi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdır.

Layihə çərçivəsində əlil təşkilatlarının fəalları üçün əlillərin hüquqları ilə bağlı seminarlar təşkil olunur, yerli KİV-lərdə əlillərin sosial müdafiəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan güzəşt və imtiyazlar barədə maarifləndirmə-məlumatlandırma işi aparılır, sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrə psixoloji dəstək məqsədi ilə təlimlər keçirilir.

Əlillərin və onların ailə üzvlərinin hüquqi maariflənməsinə xidmət edən buklet və fleyerlərin çap edilib yayılması, sosial şəbəkələrdə əlil və sağlamlıq imkanları məhdud olan uşaqların şəbəbəkələşməsinə və bu şəbəkələrdə unsiyyət qurmalarına dəstək verilməsi də layihə çərçivəsində görülən işlərdəndir.
Layihə çərçivəsində həmçinin öz bacarığı, qabiliyyəti, iradəsi ilə cəmiyyətdə uğur qazanmış əlillərin uğur tarixçələrinin mediada işıqlandırılması, əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası problemlərinin mediada işıqlandırılması, bu mövzuda "ən yaxşı məqalə" müsabiqəsinin keçirilməsi kimi məsələlər də qarşıya qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti