...

Quba məzarlığındakı sümüklərin şüşə altına salınacağı gözlənilir

Cəmiyyət Materials 22 Noyabr 2012 14:28 (UTC +04:00)
Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı sümüklərin şüşə altına salınaraq orada qorunacağı gözlənilir.
Quba məzarlığındakı sümüklərin şüşə altına salınacağı gözlənilir

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı sümüklərin şüşə altına salınaraq orada qorunacağı gözlənilir. Bunu cümə axşamı Trend-ə Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev bildirib.

Onun sözlərinə görə, sümüklər şüşə altında lazımi üsullarla qorunub saxlanılacaq. Bu halda sümüklər daha yaxşı şəkildə qorunacaq.

Ağayev deyib ki, müvafiq qurumlar bu işə yaxın vaxtlarda başlayacağını bildiriblər.

"Sümüklər aşkar olunduğu yerdən qazılıb çıxardılıb. Onlar elə olduğu kimi şüşənin altına salınacaq", - ekspedisiya rəhbəri deyib.

Onun fikrincə, sümüklər şüşə altına salınmamışdan əvvəl təmizlənməlidirlər.

Ağayev hazırda məzarlıqdakı sümüklərin çox primitiv şəkildə qorunduğunu da əlavə edib.

Onun sözlərinə görə, hazırda Quba Soyqırımı Memorial Xatirə Kompleksinin tikintisi işləri sürətlə aparılır. Kompleks məzarlıqdan şimal-qərb tərəfdə - 100-120 metr aralıdadır.

Qeyd edək ki, Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. 514 kvadratmetr sahəsi olan məzarlığın 494 kvadratmetr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arx aşkarlanmışdı. Həmin quyulardan biri baxımsızlıq üzündən 2007-2008-ci ildə dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti