...

Bakıda havanın temperaturu bir necə dərəcə yüksələcək

Cəmiyyət Materials 13 Fevral 2013 12:15 (UTC +04:00)
Sabah Bakıda havanın temperaturu bir necə dərəcə yüksələcək.
Bakıda havanın temperaturu bir necə dərəcə yüksələcək

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda havanın temperaturu bir necə dərəcə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti