...

Azərbaycanın səhiyyə müəssisələrində qanvermə aksiyalarına başlanılıb

Cəmiyyət Materials 13 Fevral 2013 16:49 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu il ərzində nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiqlənərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib.
Azərbaycanın səhiyyə müəssisələrində qanvermə aksiyalarına başlanılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu il ərzində nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiqlənərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib.

Qrafikə əsasən, fevralın 12-dən səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilib. Fevralın 12-də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 40, fevralın 13-də Respublika Neyrocərrahlıq Xəstəxanasında 66 tibb işçisi könüllü olaraq qan verib.

Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti