...

İki piyadanı vuran sürücü həbs edildi

Cəmiyyət Materials 8 Aprel 2013 17:54 (UTC +04:00)
Bakı-Quba yolunda piyadaları vurub qaçan sürücü barəsində cinayət işi açılıb və həbs edilib.
İki piyadanı vuran sürücü həbs edildi

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Bakı-Quba yolunda piyadaları vurub qaçan sürücü barəsində cinayət işi açılıb və həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 5-də saat 23:00 radələrində Bakı-Quba yolunun 40-cı kilometrliyində sürücü Ülvan Nuriyev idarə etdiyi "Mazda" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar - 1954-cü il təvəllüdlü Cabir Qaflanovu və onun qızı 2009-cü il təvəllüdlü Ayan Qaflanovanı vuraraq hadisə yerindən qaçıb, nəticədə hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aprarılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ülvan Nuriyev tutularaq istintaqa cəlb olunub.

Nuriyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti