...

Bakının iki rayonuna içməli su fasilələrlə verilir

Cəmiyyət Materials 9 Aprel 2013 10:41 (UTC +04:00)
Bu gün Bakının Bakıxanov və Suraxanı rayonlarında su olmayacaq.
Bakının iki rayonuna içməli su fasilələrlə verilir

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu gün Bakının Bakıxanov və Suraxanı rayonlarında su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "+ 126 Qaraçuxur" su anbarında 800 mm diametrli siyirtmə dəyişdirilir. Bununla əlaqədar 09 aprel 2013-cü il tarixində Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov və Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin bəzi yerlərinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

Bununla əlaqədar "Azərsu" ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etməyi və israfçılığa yol verməməyi tövsiyə edir, yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti