...

Allahşükür Paşazadə növbəti beş il üçün MDB müsəlmanları Məşvərət Şurasına yenidən sədr seçilib

Cəmiyyət Materials 16 Aprel 2013 10:40 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə növbəti 5 il üçün MDB müsəlmanları Məşvərət Şurasına yenidən sədr seçilib. Trend-in məlumatına görə, bunu "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransda Hacı Sabir bildirib.
Allahşükür Paşazadə növbəti beş il üçün MDB müsəlmanları Məşvərət Şurasına yenidən sədr seçilib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə növbəti beş il üçün MDB müsəlmanları Məşvərət Şurasına yenidən sədr seçilib. Trend-in məlumatına görə, bunu "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransda Hacı Sabir bildirib.

Onun sözlərinə görə, bu barədə qərar MDB müsəlmanları Məşvərət Şurasının dünən Bakıda keçirilən 2-ci iclasında qəbul olunub.

Qeyd edək ki, bu gün Bakıda "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti