...

Türkiyə əhalisinin 30 faizini uşaqlar təşkil edir

Cəmiyyət Materials 22 Aprel 2013 15:27 (UTC +04:00)
Türkiyə əhalisinin 30 faizini uşaqlar təşkil edir. Bu barədə Trend bazar ertəsi Türkiyə Statistika İnstitutunun hesabatına istinadən məlumat verir.
Türkiyə əhalisinin 30 faizini uşaqlar təşkil edir

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə əhalisinin 30 faizini uşaqlar təşkil edir. Bu barədə Trend bazar ertəsi Türkiyə Statistika İnstitutunun hesabatına istinadən məlumat verir.

Məlumata görə, ötən il Türkiyədə uşaqların sayı 22,692 milyondan çox olub. Statistika İnstitutunun proqnozlarına əsasən, uşaqların sayının 2023-cü ildə 25,7 faizədək, 2050-ci ildə 19,31 faizədək, 2075-ci ildə isə 17,6 faizədək azalacağı gözlənilir.

Son 25 ildə Türkiyədə doğumun kəskin azalması müşahidə edilib.

Əgər 1984-cü ildə türk qadınlar orta hesabla 390 uşaq (əmsal 3,9) dünyaya gətirirdilərsə, 2009-cu ildə bu göstərici yalnız 212 uşaq olub.

Ölkədə doğuş səviyyəsi İslandiya və Yeni Zelandiyadakı göstəricilərdən aşağı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti