...

Akif Əlizadənin AMEA prezidentliyinə namizədliyi qeydə alınıb

Cəmiyyət Materials 24 Aprel 2013 14:08 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə tək namizəd kimi Akif Əlizadənin namizədliyi qeydə alınıb.
Akif Əlizadənin AMEA prezidentliyinə namizədliyi qeydə alınıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçki namizəd vəzifəsinə bu qurumun vəzifəsini icra edən Akif Əlizadənin namizədliyi irəli sürülüb. Trend-in məlumatna görə, iclasda çıxış edən akademik Adilə Namazova deyib ki, Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsi üçün layiqli namizəddir.

İclasda prezident vəzifəsinə namizəd kimi akademik Akif Əlizadənin adının gizli səsvermə bülllüteninə daxil edilməsi barədə qərar qəbul olundu.

Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.

Hazırda AMEA-nın illik ümumi yığıncağında fasilə elan olunub. Fasilədə AMEA-nın həqiqi üzvləri səsverməyə gedəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti