...

Azərbaycan və Şimali Kiprin Mətbuat şuraları arasında əməkdaşlıq protokolu imzalanıb

Cəmiyyət Materials 26 Aprel 2013 13:11 (UTC +04:00)
Trend-in şuranın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, MŞ sədri Əflatun Amaşovun və Kıbrıs Türk Basın Konseyinin rəhbəri Şölə Akerin imzaladıqları sənəddə bildirilir ki, hər iki qurumun müstəqil mətbuat, söz və ifadə azadlıqlarının dərinləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərməsi zəruridir.
Azərbaycan və Şimali Kiprin Mətbuat şuraları arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycan Mətbuat Şurası ilə Şimali Kipr Mətbuat Şurası (Kıbrıs Türk Basın Konseyi) arasında əməkdaşlıq protokolu imzalanıb.

Trend-in şuranın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, MŞ sədri Əflatun Amaşovun və Kıbrıs Türk Basın Konseyinin rəhbəri Şölə Akerin imzaladıqları sənəddə bildirilir ki, hər iki qurumun müstəqil mətbuat, söz və ifadə azadlıqlarının dərinləşdirilməsi istiqamətində birgə fəaliyyət göstərməsi zəruridir.

Sənəddə eyni zamanda Şimali Kipr və Azərbaycan cəmiyyətinin bir-birinə daha yaxından tanıdılması istiqamətində media fəaliyyətinin stimullaşdırılmasına yönələn tədbirlərin təşkili, insan hüquq və azadlıqlarının qorunması sahəsində KİV-lərin peşəkarlıq vərdişlərinin möhkəmləndirilməsinə dəstək göstərilməsi, habelə təcrübə mübadiləsinin müxtəlif aspektləri əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti