...

İlin 6 ayı ərzində Gəncədə cinayət hadisələrinin 91,7 faizinin üstü açılıb

Cəmiyyət Materials 2 İyul 2013 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Bu ilin 6 ayı ərzində Gəncə şəhərində qeydə alınmış cinayət hadisələrinin 91,7 faizinin açılması təmin edilib. Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bunu Azərbaycan polisinin yaranmasının 95 illiyi münasibətilə Gəncə şəhərində keçirilən tədbirdə şəhərin Baş Polis İdarəsinin rəisi, polkovnik Faiq Şabanov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 17 fakt üzrə cinayət işi açılıb. Axtarışda olan 104 nəfərdən 64-ü tutularaq istintaqa təhvil verilib.

Qeyd olunub ki, son illər Gəncə Şəhər Baş Polis İdarəsinin maddi-texniki bazası xeyli gücləndirilib. Kəpəz və Nizami rayon Polis idarələri üçün yeni inzibati binalar tikilir. Müvəqqəti saxlama təcridxanası əsaslı təmir olunub.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına şəhər rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub. Eyni zamanda, ehtiyac duyulan bəzi polis əməkdaşları üçün həyətyanı torpaq sahəsinin ayrılması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti