Azərbaycan, Bakı, 10 iyul / Trend /
İyulun10-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Qəzetin bu sayında oxucular Heydər Əliyev Fondu və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə təşkil edilən "Azərbaycan Kannda" adlı mədəniyyət günlərinin təfərrüatları, Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumu, Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyinin iki yeni üzən tərsanə alması planları, Beynəlxalq Dədə Qorqud festivalı çərçivəsində Türkiyədə Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi və digər maraqlı məqalələrlə tanış ola bilərlər.
Yeni sayda AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvik oxucuları çəki atmaq üçün motivasiya məsləhətləri ilə tanış edəcək.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.