...

Şahtaxtıda açıq muzeyin yaradılması üçün ziyalı və iş adamlarından yardım istənildi

Cəmiyyət Materials 5 Sentyabr 2013 14:29 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksində açıq muzeyin yaradılmasına yardım göstərilməsi üçün iş adamlarına, ziyalılara müraciət edib.
Şahtaxtıda açıq muzeyin yaradılması üçün ziyalı və iş adamlarından yardım istənildi

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksində açıq muzeyin yaradılmasına yardım göstərilməsi üçün iş adamlarına, ziyalılara müraciət edib.

Q.Ağayev Trend-ə bildirib ki, kompleksin 5 hektarlıq sahəsində Şahtaxtı qədim yaşayış yeri, 10 hektarlıq sahəsində qəbiristanlıq yerləşir. Eramızdan əvvəl V-IV minilliyə aid olan bu unikal abidə nəinki Azərbaycanda, hətta Qafqazda, Yaxın Şərqdə insanların eneolit, yəni mis-daş dövründən indiyədək intensiv yaşadığı yeganə abidədir. Bütün tarixi dövrləri özündə birləşdirən bu qədim yaşayış yerində hazırda da insanlar yaşayır:

"Çox maraqlıdır ki, burada insanların qədim dövrlərdən indiyədək yaşadıqları evlər sökülməyib. İnsanlar öz əcdadlarının evlərinin üstündə, yaxud da yanında yeni evlər tikiblər. Bu baxımdan burada bütün dövrlərə aid yaşayış evləri görmək olar. Bunun üçün də abidəni açıq muzey etmək çox yaxşı olar. Nəzərə alaq ki, Türkiyənin qədim Troya şəhəri də açıq muzeydir. Biz də belə bir muzey yaratmaqla turistlərin nəzərini buraya cəlb edə və tariximizin qədimliyini bir daha nəzərə çatdıra bilərik".

Q.Ağayev bildirib ki, Şahtaxtı kəndindən olan görkəmli insanlar, iş adamları burada açıq muzeyin yaradılmasına yardım göstərə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti