...

Təzə Pir məscidinin yerləşdiyi küçənin adı dəyişdirilərək məscidi inşa etdirən xeyriyyəçinin şərəfinə adlandırılıb

Cəmiyyət Materials 10 Dekabr 2013 17:29 (UTC +04:00)
Təzə Pir məscidinin yerləşdiyi küçənin adı dəyişdirilərək məscidi inşa etdirən xeyriyyəçinin şərəfinə adlandırılıb.
Təzə Pir məscidinin yerləşdiyi küçənin adı dəyişdirilərək məscidi inşa etdirən xeyriyyəçinin şərəfinə adlandırılıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İzzət/

Təzə Pir məscidinin yerləşdiyi küçənin adı dəyişdirilərək məscidi inşa etdirən xeyriyyəçinin şərəfinə adlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Mustafa Sübhi küçəsinin adının dəyişdirilərək Nabat Aşurbəyova adlandırılması haqqında sərəncam qəbul edib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, İdarə bir müddət öncə bununla bağlı BŞİH-ə məktubla müraciət edərək küçənin adının dəyişdirilməsini və onun məşhur azərbaycanlı xeyriyyəçi xanım Nabat Aşurbəyovanın (1795-1912) şərəfinə adlandırılmasını xahiş etmişdi.

Təzə Pir məscidi də məhz N.Aşurbəyovanın şəxsi vəsaiti ilə tikilib. Onun və oğlu Hacı Abbasqulunun məzarları məscidin giriş qapısında yerləşir.

Qeyd edək ki, Mustafa Sübhi (1888-1921) isə Türkiyə Kommunist Partiyasının lideri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti