...

Gəncədə məcburi köçkünlər üçün yeni salınmış şəhərciyin açılış mərasimi keçirilib

Cəmiyyət Materials 24 Dekabr 2013 10:36 (UTC +04:00)
Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün yeni salınmış 25 beşmərtəbəli yaşayış binasından ibarət köçkün şəhərciyinin açılış mərasimi keçirilib.
Gəncədə məcburi köçkünlər üçün yeni salınmış şəhərciyin açılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün yeni salınmış 25 beşmərtəbəli yaşayış binasından ibarət köçkün şəhərciyinin açılış mərasimi keçirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iştirak edib.

Mərasim iştirakçıları ərazidə aparılan tikinti işləri, xidmət sahələri, Kəlbəcər rayon İcra Hakimiyyətinin yeni inzibati binası, Mədəniyyət evi və köçkün ailələrinə verilən mənzillərlə tanış olublar.

Şəhərciyə işğal olunmuş 9 rayondan didərgin düşmüş 1500 ailə (6700 məcburi köçkün) köçürüləcək.

Qeyd edək ki, şəhərciyin tikinti işləri sentyabr ayında yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti