Naxçıvanda açıq muzeyin yaradılması üçün hökumətə müraciət ediləcək

Cəmiyyət Materials 26 Dekabr 2013 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu gələn il Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksində açıq muzeyin yaradılması üçün Nazirlər Kabinetinə müraciət etməyi nəzərdə tutur. Bunu Trend-ə institutun Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.

Onun sözlərinə görə, indiyədək Şahtaxtı qədim yaşayış yerinin 3500-4000 illik tarixinin olduğu və eramızdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərinə aid olduğu deyilirdi. Bu il aparılan tədqiqatlar isə sübut etdi ki, bu abidənin 6500-7000 illik tarixi var.

Q.Ağayev qeyd edib ki, bu unikal abidə nəinki Azərbaycanda, hətta Qafqazda, Yaxın Şərqdə insanların eneolit, yəni mis-daş dövründən indiyədək intensiv yaşadığı yeganə abidədir. Bütün tarixi dövrləri özündə birləşdirən bu qədim yaşayış yerində hazırda da insanlar yaşayır: "Çox maraqlıdır ki, burada insanların qədim dövrlərdən indiyədək yaşadıqları evlər sökülməyib. İnsanlar öz əcdadlarının evlərinin üstündə, yaxud da yanında yeni evlər tikiblər. Bu baxımdan burada bütün dövrlərə aid yaşayış evləri görmək olar. Bunun üçün də abidəni açıq muzey etmək çox yaxşı olar. Biz də belə bir muzey yaratmaqla turistlərin nəzərini buraya cəlb edə və tariximizin qədimliyini bir daha nəzərə çatdıra bilərik".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti