...

Bakıda mərkəzi prospektlərin birində təmir işlərinə başlanılıb

Cəmiyyət Materials 10 Aprel 2014 11:27 (UTC +04:00)
Bakıda Xocalı prospektində təmir işlərinə başlanılıb. Bu barədə çərşənbə günü Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Bakıda mərkəzi prospektlərin birində təmir işlərinə başlanılıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda Xocalı prospektində təmir işlərinə başlanılıb. Bu barədə cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev deyib ki, təmir edilən ərazinin uzunluğu 1100 metrə yaxındır. Onun sözlərinə görə, hazırda həmin ərazidə köhnə beton bardürlərin sökülərək daşınması və köhnə asfalt beton örtüyünün qaşınması işləri həyata keçirilir.

ASC rəsmisi əlavə edib ki, köhnə bardürlər sökülüb daşındıqdan sonra yeni mərmər bardürlərin qoyulması işlərinə başlanılacaq və bunda sonra da yeni asfalt beton örtüyü salınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti