...

Bakıda Heydər Əliyev prospektindəki əsas yol bağlanır

Cəmiyyət Materials 14 Aprel 2014 11:44 (UTC +04:00)
Bakıda Heydər Əliyev prospektində Xətai rayonunda yerləşən "Bazarstor" ticarət mərkəzinin qarşısındakı yol qovşağından Böyük Şor yol qovşağına qədər hissədə əsas yol qısa müddətə bağlanacaq.
Bakıda Heydər Əliyev prospektindəki əsas yol bağlanır

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda Heydər Əliyev prospektində Xətai rayonunda yerləşən "Bazarstor" ticarət mərkəzinin qarşısındakı yol qovşağından Böyük Şor yol qovşağına qədər hissədə əsas yol qısa müddətə bağlanacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) işlərinin aparılması məqsədilə yol bu gün, aprelin 14-də axşam saat 22:00-dan etibarən bağlanacaq.

P.Mürsəliyev qeyd edib ki, prospektin əsas yolu bağlanacaq, köməkçi yollar istifadədə olacaq. Əsas yolda aparılan işlər uzun sürməyəcək və artıq aprelin 15-də səhər saatlarında istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti