...

"Azəryolservis" ASC Bakının Nobel prospektində yolun çökməsinin səbəbinə aydınlıq gətirdi

Cəmiyyət Materials 22 Aprel 2014 17:18 (UTC +04:00)
Bakının Nobel prospektində yolun çökdüyü hissədə torpaq yuyulmasının kollektor üzərində olması ehtimal etmyə əsas verir ki, yolun çökməsi bu kollektorda olan uzunmüddətli sızmalar səsbindən baş verib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
"Azəryolservis" ASC Bakının Nobel prospektində yolun çökməsinin səbəbinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakının Nobel prospektində yolun çökdüyü hissədə torpaq yuyulmasının kollektor üzərində olması ehtimal etməyə əsas verir ki, yolun çökməsi bu kollektorda olan uzunmüddətli sızmalar səsbindən baş verib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, kommunikasiya xəttlərində baş verən qəzalar nəticəsində asfalt-beton örtüyünün çökməsi hadisəsi birinci dəfə deyil.

Onun sözlərinə görə, həmin ərazidə nə vaxtsa çalanın olması və yumşaq torpaqla doldurulması barədə söylənən fikirlər tamamilə əsassızdır. İstismara veriləndən sonra, həmin hissədə "Azeryolservis" ASC tərəfindən heç zaman təmir işləri aparılmyb:

"Lap hansısa podratçı tərəfindən texnoloji prosesə tam əməl olunmadan iş aparılsa belə, orada heç bir halda 10 metr dərinliyində çökmə yarana bilməzdi".

O ki, qaldı hazırda yaranmış çalaya, P.Mürsəliyev əlavə edib ki, həmin yolda intensiv hərəkətin təmin edilməsi və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq məqsədilə, həmin çala "Azəryolservis" ASC tərəfindən doldurulub və aidiyyatı üzrə yol istismar sahəsinə də tapşırıq verilib:

"Yəni lazım gələrsə, həmin ərazidə problem baş verərsə, təcili bərpa işləri aparılacaq. Hazırda həmin ərazi "Azeryolservis" ASC tərəfindən tam nəzarətə götürülüb".

P.Mürsəliyev vurğulayıb ki, nəzərə almaq lazımdır ki, çökmənin əsas səbəbi nə vaxta qədər ki, aradan qaldırılmayıb, həmin sahədə çökmənin təkrar baş verməsi qaçılmazdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti