...

Bakının Həsən Əliyev küçəsində yolun təmirinə başlanılıb

Cəmiyyət Materials 13 May 2014 12:27 (UTC +04:00)
Bakının Həsən Əliyev küçəsində hərəkəti saxlamadan, frez mexanizmi vasitəsilə köhnə asfalt-beton örtüyünün qaşınması işlərinə başlanılıb.
Bakının Həsən Əliyev küçəsində yolun təmirinə başlanılıb

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev/

Bakının Həsən Əliyev küçəsində hərəkəti saxlamadan, frez mexanizmi vasitəsilə köhnə asfalt-beton örtüyünün qaşınması işlərinə başlanılıb. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, mayın 14-dən isə asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri görüləcək. Təmir işləri təxminən 500 m məsafəni əhatə edir.

P.Mürsəliyev qeyd edib ki, bununla əlaqədar mayın 13-dən 14-nə keçən gecə saat 00:00-dan Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

Yolun həmin hissəsinin 4 gün tam bağlı olacağı gözlənilir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti