...

Bakı sürücülərinin məsuliyyətsiz davranışları (VİDEO)

Cəmiyyət Materials 13 May 2014 12:56 (UTC +04:00)
Bakıda Ziya Bünyadov prospektində (Dərnəgül yolu) yol qovşaqlarında son tamamlanma işləri gedir.
Bakı sürücülərinin məsuliyyətsiz davranışları (VİDEO)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev/

Bakıda Ziya Bünyadov prospektində (Dərnəgül yolu) yol qovşaqlarında son tamamlanma işləri gedir. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, orada yolun əsaslı təmiri işləri 3 mərhələdə aparılır: "1-ci mərhələ Xutor dairəsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, 2-ci mərhələ Əhməd Rəcəbli küçəsindən Böyük Şora qədər, 3-cü mərhələ isə Müzəffər Nərimanov küçəsindən Böyük Şora qədər olan mərhələdir".

P.Mürsəliyev qeyd edib ki, 2-ci və 3-cü mərhələ üzrə torpaq işlərinin 90 faizi, asfalt işlərinin isə təxminən 40 faizi yerinə yetirilib: "Əgər məsuliyyətsiz sürücülər imkan versə, iyun ayının sonuna qədər aşınma qatı istisna olmaqla, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Böyük Şora qədər olan məsafədə ikiqat asfalt-beton örtüyünü vurmaq mümkün olacaq".

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti