...

Qala-Pirallahı avtomobil yolunda aparılan yenidənqurma işlərinin gedişatı açıqlandı

Cəmiyyət Materials 22 İyul 2014 10:22 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Qala-Pirallahı avtomobil yolu yenidən qurulur.
Qala-Pirallahı avtomobil yolunda aparılan yenidənqurma işlərinin gedişatı açıqlandı

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Qala-Pirallahı avtomobil yolu yenidən qurulur.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, uzunluğu 21,7 km olan yolun 7 km-i 6 , 14,7 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Layihə üzrə 2 yol qovşağı, 1 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub: "Artıq yolun 7-22 km hissəsində torpaq-qazma işləri yekunlaşmaq üzrədir. Demək olar ki, torpaq yatağının tikintisi 90 faiz yerinə yetirilib. 14,5 km hissədə asfalt-beton örtüyünün tikintisi və işıqlandırma sisteminin quraşdırılması yaxın günlərdə başa çatdırılacaq. Hazırda yol boyu əyri xətli tirlərin quraşdırılması, qırmadaş-qum qarışığının döşənməsi və üst layın asfalt-beton örtüyünün tikintisi işləri davam etdirilir".

P.Mürsəliyev qeyd edib ki, yolun 14,5 km hissəsində tikinti işlərinin 2014-ci ilin sonu, 2015-ci ilin əvvəllərində başa çatdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti