...

"Azəryolservis"dən sürücülərə və ticarətçilərə xəbərdarlıq (FOTO)(VİDEO)

Cəmiyyət Materials 7 Avqust 2014 13:36 (UTC +04:00)
Sürücülər və alış-veriş edənlər Ziya Bünyadov prospektində yolun təmirinə mane olurlar. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
"Azəryolservis"dən sürücülərə və ticarətçilərə xəbərdarlıq (FOTO)(VİDEO)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Sürücülər və alış-veriş edənlər Ziya Bünyadov prospektində yolun təmirinə mane olurlar. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev bildirib ki, bu yol Böyük Şordan "Xutor dairəsi"nə qədər olan 9,2 km məsafəni əhatə edir: "Biz Böyük Şordan Atatürk prospekti ilə kəsişməyə qədər olan hissənin 3 qat asfalt beton örtüyünü vurmuşuq, indi sonuncu aşınma qatının vurulmasına hazırlıq gedir. Lakin sürücülər avtomobillərini gətirib yolun hərəkət hissəsində saxlayırlar. Alış-veriş edənlər inşaat materiallarını və digər materialları yolun hərəkət hissəsinə tökürlər, bəziləri gətirib yük avtomobili ilə orada qum-çınqıl satır".

Onun sözlərinə görə, avtomobillər yolun gedişi ilə gəlişini ayıran zolağın üzərindən keçərək ayırıcı zolağı bərbad vəziyyətə salırlar: "Bundan əlavə Böyük Şordan gələn nəqliyyat vasitələri Müzəffər Nərimanov küçəsi ilə kəsişməyə çatdıqda köməkçi yoldan istifadə etmək əvəzinə həm Müzəffər Nərimanov küçəsi ilə, həm də "Böyük Şor" küçəsinin kəsişməsində yerləşən tunellərə əks istiqamətdə girərək sıxlıq yaratmaqla yanaşı, "Böyük Şor" istiqamətinə gedən avtomobillər üçün qəza şə\raiti yaradırlar".

P.Mürsəliyev bildirib ki, bu səbəbdən orada aşınma qatını vurmaq mümkün deyil. O qeyd edib ki, "Azəryolservis" ASC bildirir ki, yolun hərəkət hissəsində ticarət ilə məşğul olmaq olmaz: "Bu günə qədər biz yolda hərəkəti tam dayandırmadan, yəni yolun bir tərəfində nəqliyyat vasitələrinin hərəkətini saxlamaqla işləri aparmışıq. Ancaq belə davam edərsə, sonuncu xəbərdarlığa əməl olunmasa, Ziya Bünyadov prospektini bağlamaq məcburiyyətində qalacağıq".

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti