Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxir Elçin Mehdiyev/
Milli Məclisin payız sessiyasında sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı qanunvericiliyə bəzi əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüs irəli sürüləcək. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı ayrıca qanun var. Ancaq təhsil ocaqlarında belə uşaqların təhsil alması üçün xüsusi infrastruktur yoxdur. Yəni sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəblərin pilləkənlərində xüsusi şərait, siniflərdə, auditoriyalarda xüsusi oturacaqlar mövcud deyil. Bu baxımdan da qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Bunu nəzərə alaraq, parlamentin payız sessiyasında müəyyən təşəbbüslər qaldırılacaq.