...

Təhsil Nazirliyindən gələcəyin müəllimlərinə dəstək

Cəmiyyət Materials 3 Oktyabr 2014 11:12 (UTC +04:00)
Təhsil Nazirliyi Azərbaycanın gənc müəllimlərini mükafatlandırdı.
Təhsil Nazirliyindən gələcəyin müəllimlərinə dəstək

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi Azərbaycanın gənc müəllimlərini mükafatlandırdı.

Nazirlikdən Trend-ə bildiriblər ki, "Gələcəyin müəllimi təqaüdü"nün təsis edilməsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına xidmət edir.

Təqaüd 100 manat məbləğində olmaqla Azərbaycanda pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti