...

Azərbaycanla ən çox miqrasiya münasibətləri olan ölkələr məlum oldu

Cəmiyyət Materials 21 Noyabr 2014 15:12 (UTC +04:00)
Hazırda Azərbaycanla ən çox miqrasiya münasibətlərində olan ölkələrin adları açıqlanlıb.
Azərbaycanla ən çox miqrasiya münasibətləri olan ölkələr məlum oldu

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Hazırda Azərbaycanla ən çox miqrasiya münasibətlərində olan ölkələrin adları açıqlanlıb.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu gün Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin sosial-siyasət komitələrinin II birgə toplantısında "TürkPA üzv ölkələrinin miqrasiya problemləri və imkanları" mövzusunda müzakirələr zamanı qeyd edib ki, həmin ölkələr içərisində Türkiyə birinci yerdədir: "Əgər 2012-ci ildə Türkiyədən Azərbaycana 7196 miqrant gəlmişdisə, bu il bu rəqəm azalıb ki, bunun da obyektiv və subyektiv səbəbləri var".

H.Rəcəbli deyib ki, 2012-ci ildə Böyük Britaniyadan Azərbaycana neft şirkətləri ilə əlaqədar 2323 nəfər gəlib, amma 2014-cü ildə bu rəqəm təqribən 1900-ə düşüb.

Onun sözlərinə görə, Özbəkistan, Hindistan, Çin, ABŞ və dünyanın bir sıra ölkələrindən Azərbaycana miqrantların fərqli gəlişi, yəni icazəli və icazəsiz gəlişi var.

H.Rəcəbli vurğulayıb ki, miqrasiya problemi dünyada gedən ən ağrılı problemlərdən biridir. Bu gün dünyada qanunsuz miqrasiya edən insanların sayı 250 milyonu keçir.

Komitə sədri bildirib ki, Azərbaycana gələn miqrantların sayının azalma səbəblərindən biri xaricdən gələn mütəxəssislərin azərbaycanlı mütəxəssislərlə əvəz edilməsidir.

O, əlavə edib ki, bəzən dünyada miqrasiya problemləri ilə qaçqın və məcburi köçkünlər problemini eyniləşdirirlər: "Lakin bunlar tamamilə fərqli problemlərdir. Azərbaycan da illərdir ki, qaçqın və məcburi köçkünlər problemindən əziyyət çəkir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti