...

Mirzə Şəfi Vazeh internet portalının təqdimatı (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2014 11:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V Qrant müsabiqəsində YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin XIX əsr görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin 220 illik yubileyi münasibətilə hazırladığı internet portalı layihəsi qalib elan edilib. Bu münasibətlə Gəncədə internet portalının təqdimat mərasimi keçirilib.
Mirzə Şəfi Vazeh  internet portalının təqdimatı (FOTO)

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V Qrant müsabiqəsində YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin XIX əsr görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin 220 illik yubileyi münasibətilə hazırladığı internet portalı layihəsi qalib elan edilib. Bu münasibətlə Gəncədə internet portalının təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ramin Cəfərov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev , gənclər təşkilatlarının nümayəndələri və ziyalılar iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalyev

giriş sözü ilə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin ölkəmizdə uğurla həyata keçirilməsindən, onlara geniş yaradıcılıq imkanları yaradılmasından, qazanılan nailiyyətlərdən, bu istiqamətdə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən də genişmiqyaslı tədbirlərin reallaşmasından, şəhərin ictimai-siyasi həyatında gənclərin fəallığının daha da yüksəlməsindən söhbət açıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin , AMEA Gəncə Bölməsinin, Dünya Azərbaycanlılarının İctimai Birliyinin, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ərsəyə gələn layihənin qalib elan olunmasını 2016- Avropanın Gənclər Paytaxtı Gəncənın daha bir uğuru kimi dəyərləndirib.

Azərbaycan Texnologiya Universitetinin dosenti Hüseyn Budaqov, Gəncə Dövlət Universitetinin müəllimi İsmayıl İsmayılov, AMEA Gəncə Bölməsinin əməkdaşı Seymur Əhmədov çıxışlarında ölkə başçısı cənab İlham Əliyevin tariximizə, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərdiyini, görkəmli şair Mirzə Şəfi Vazehin 220 illiyi haqqında imzaladığı sərəncamın bu qayğının bariz nümunəsi olduğunu bildiriblər. Qeyd ediblər ki, 4000 illik tarixi olan Gəncədə şairin 220 illik yubileyi münasibətilə beynəlxalq elmi- praktik konfrans keçirilib. Onun adını daşıyan müasir səviyyədə yeraltı keçid istifadəyə verilib, möhtəşəm park salınır.

Azərbaycanın milli-mənəvi xəzinəsinin dünya miqyasında tanıdılması, təbliğ olunması və öyrənilməsi istiqamətində www.mirzeshefivazeh.az internet portalının çox mühüm əhəmiyyəti olacaq.

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ramin Cəfərov Azərbaycanın dünya miqyasında nüfüzunun daha da artmasında, sürətli tərəqqi və inkişafda gənclərin böyük rolu olduğunu vurğulayıb. O, layihənin mahiyyətindən, cəmiyyətdə faydalılığından, daha çox region gənclərinin layihələrinə üstünlük verilməsindən danışıb. Əmin olduğunu bildirib ki, www.mirzeshefivazeh.az internet portalı fəaliyyətini genişləndirəcək, təkmilləşdirəcək və tezliklə böyük uğur qazanacaq. R. Cəfərov Gəncə gənclərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda www.mirzeshefivazeh.az internet portalının təqdimatı olub. Bildirilib ki, layihənin rəhbəri fəal gənc Tural Verdiyevdir.

Şairin həyat və fəaliyyəti, yaradıcılığı, kitabları, foto-arxivi haqqında məlumatları, təqdiqatçılar tərəfindən aparılan araşdırmaları və xəbərləri əks etdirən, 6 bölmədən ibarət olan xəbər portalı Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Süsən Tağıyeva

Məqalədə:
Xəbər lenti

Xəbər lenti