...

Bakı yollarında tıxacların aradan qaldırılması üçün daha bir addım (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2015 12:17 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC İnşaatçılar prospektində Dövlət Statistika komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görür.
Bakı yollarında tıxacların aradan qaldırılması üçün daha bir addım (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən İnşaatçılar prospektində Dövlət Statistika komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görülür.

"Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, İnşaatçılar prospektində yerləşən dairəyə müxtəlif istiqamətlərdən daxil olan nəqliyyat vasitələri nişanlanma xətlərinin tələblərini pozurdu. Naxçıvani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar və N.Nərimanov prospektindən gələn nəqliyyat vasitələrinə yol vermədən dairəyə daxil olmağa çalışırdılar. Bu da ərazidə nəqliyyat vasitələrinin sıxlığına səbəb olurdu.

Məlumatda qeyd olunur ki, "Azəryolservis" ASC bu istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edib. Artıq Naxçivani və Abdulla Şaiq küçələrindən Dövlət Statistika komitəsinin qarşısındakı dairəyə doğru hərəkət edən nəqliyyat vasitələri birbaşa İnşaatçılar prospektindəki dairəyə daxil olaraq sıxlıq yaratmayacaqlar. Çünki prospektdə səki daşları ilə əhatə olunan təhlükəsizlik adacığı quraşdırılıb. Təhlükəsizlik adacığının içərisində yaşıllıq zonası salınıb. Bundan sonra həmin nəqliyyat vasitələri ancaq düzünə İnşaatçılar prospektinə daxil olaraq "Hyatt Regency" oteli istiqamətində və sağa dönərək Bəsti Bağırova küçəsi ilə hərəkətlərinə davam edə biləcəklər. Amma yalnız İnşaatçılar prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən sonra. Naxçıvani küçəsindən gələrək İnşaatçılar prospekti Dövlət Statistika komitəsinin qarşısında yerləşən dairəyə daxil olmaq istəyən nəqliyyat vasitələri sola Abdulla Şaiq küçəsinə dönməlidirlər. Küçədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ACS tərəfindən N.Nərimanov prospektinə çıxış təmin olunub.

İnşaatçılar prospekti "Hyatt Regency" oteli tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin Dövlət Statistika dairəsində maneəsiz şəkildə hərəkəti üçün də müəyyən işlər görülüb. Belə ki, dairə ilə üzbəüz nişanlanma xətləri ilə çəkilmiş təhlükəsizlik adacıqlarının ölçüləri kiçildilib. Nəticədə dairə ilə adacıqlar arasındakı məsafə, yəni yolun hərəkət hissəsi bir neçə metr genişləndirilib. Artıq İnşaatçılar prospektindəki dairədə zəruri olan yerlərdə nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti