...

"Vətən uğrunda!" mahnı müsabiqəsinin ilk turu keçirilib (FOTO)

Cəmiyyət Materials 1 May 2015 22:10 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaranma gününə həsr olunan "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirilir.
"Vətən uğrunda!" mahnı müsabiqəsinin ilk turu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaranma gününə həsr olunan "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd milli mədəniyyətin və incəsənətin, hərbi ənənələrin təbliği ilə yanaşı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.

Müsabiqənin ilk turu Beyləqan rayonunda yerləşən hərbi hissədə keçirilib. Hərbi qulluqçular və müxtəlif bölgələrdən olan mülki nümayəndələr müsabiqə şərtlərinə uyğun olaraq zəngin musiqi xəzinəmizdən nümunələr ifa ediblər. Münsiflər heyətinin rəyinə əsasən, müsabiqədə fərqlənənlər ikinci turda iştirak etmək hüququ qazanıblar.

Mahnı müsabiqəsində iştirak edən yeniyetmələr və gənclər hərbi hissələrdə ordu həyatı ilə yaxından tanış olub, Silahlı Qüvvələrin formalaşması, inkişafı, müasir silahlar, texnikalar haqqında ətraflı məlumatlar əldə ediblər.

Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edcən müsabiqəyə 26 İyun - Silahlı Qüvvələr Günü yekun vurulacaqdır. Həmin gün qaliblərə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim ediləcək və mükafata layiq görülən ifaçıların iştirakı ilə konsert proqramı təşkil olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti