...

Hərbi Dəniz Qüvvələri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edib (FOTO)

Cəmiyyət Materials 6 May 2015 17:13 (UTC +04:00)
Hərbi Dəniz Qüvvələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.
Hərbi Dəniz Qüvvələri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Hərbi Dəniz Qüvvələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Şahin Məmmədov dahi liderimiz, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, ulu öndərin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən və Azərbaycanın hazırkı sürətli inkişafından ətraflı danışıb.

Sonda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti