...

Penitensiar Xidmətin kollektivi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib (FOTO)

Cəmiyyət Materials 9 May 2015 19:34 (UTC +04:00)
Penitensiar Xidmətin məsul əməkdaşları Ədliyyə Nazirliyinin rəhbərliyi və digər tabe qurumların nümayəndələri ilə birlikdə ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi münasibətilə onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
Penitensiar Xidmətin kollektivi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edib (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Penitensiar Xidmətin məsul əməkdaşları Ədliyyə Nazirliyinin rəhbərliyi və digər tabe qurumların nümayəndələri ilə birlikdə ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi münasibətilə onun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, daha sonra Penitensiar Xidmətin baş idarəsində ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü münasibətilə toplantı keçirilib.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev tədbiri giriş sözü ilə açaraq ümummilli liderin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, ulu öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsindəki fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, bütün dünya azərbaycanlılarının lideri kimi xalqın milli-mənəvi dəyərlərinin yaşadılmasında, siyasi-hüquqi azadlıqların təminatında misilsiz rolu olan Heydər Əliyevin xidmətləri bu gün də öz bəhrəsini verməkdədir.

Toplantının yekununda xidmət əməkdaşlarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Penitensiar Xidmətin tabe qurumlarında da şəxsi heyətin və xüsusi kontingentin iştirakı ilə silsilə tədbirlər təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti