...

Zəlzələ nəticəsində Şəkidə bəzi tikililərə ziyan dəyib

Cəmiyyət Materials 4 Sentyabr 2015 11:43 (UTC +04:00)
Bu gün baş verən zəlzələ nəticəsində nə Şəki şəhəri, nə də rayonun kəndlərində insan tələfatı, xəsarət alan olmayıb. Bununla bağlı rayon ərazisindəki bütün xəstəxanalardan məlumat toplanıb.
Zəlzələ nəticəsində Şəkidə bəzi tikililərə ziyan dəyib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün baş verən zəlzələ nəticəsində nə Şəki şəhəri, nə də rayonun kəndlərində insan tələfatı baş verməyib, xəsarət alan olmayıb. Bununla bağlı rayon ərazisindəki bütün xəstəxanalardan məlumat toplanılıb. Bu barədə Trend-ə Şəki Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Şəki ŞİH-dən verilən məlumata görə, bu gün səhər Şəkidə saat 09:50 radələrində zəlzələ baş verib. Zəlzələ müəyyən ərazilərdə 7-6 bal, şəhər ərazisində isə 4,5 bal gücündə hiss olunub.

Rayonun bəzi ərazilərində, xüsusən də episentrə yaxın olduğuna görə Turan qəsəbəsində bəzi köhnə tikililərdə, evlərdə çatlar yaranıb: "Hazırda araşdırma aparılır. Mütəxəssislər yerlərə ezam olunublar, onlar yerlərdə tikililərə baxış keçirir, vəziyyətlə yerində tanış olurlar. Ona görə də yekun məlumatların olması üçün bir az vaxt tələb olunur. Zəlzələ nəticəsində Şəki ŞİH-in inzibati binasında çatların yaranması haqqında məlumatların yayılmasına gəlincə, bu belə deyil. Sadəcə, binada divarın tavanla birləşdiyi yerdə suvağın qopması baş verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti