...

Nazir balların aşağı salınmamasının ali məktəblərə necə təsir etdiyini açıqladı

Cəmiyyət Materials 14 Sentyabr 2015 14:19 (UTC +04:00)
Bu il ilk dəfə elan olunmuş balların endirilməsinə getmədik. Bu, prinsipial şəkildə verilən qərardır.
Nazir balların aşağı salınmamasının ali məktəblərə necə təsir etdiyini açıqladı

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il Azərbaycanda ali məktəblərə qəbul zamanı müsabiqədə iştirak üçün tələb olunan minimal balın 200-dən aşağı endirilməməsi ali məktəblər üçün maliyyə dayanıqlığına təsir etmədi, sosial gərginliklərə, müəllimlərin işdən azad edilməsinə səbəb olmadı.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

M.Cabbarov qeyd edib ki, bu il ali məktəblərə ötən illə müqayisədə 700 az tələbə qəbul olub.

Bunu ali təhsil müəssisələri üçün kritik rəqəm hesab etməyən nazirin sözlərinə görə, bu addım daha keyfiyyətli kadr hazırlığı imkanlarını artırıb: "Bu il ilk dəfə elan olunmuş balların endirilməsinə getmədik. Bu, prinsipial şəkildə verilən qərardır. Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz. Bilik səviyyəsi ya var, ya da yoxdur. Düşünürəm ki, bu siyasət gələcəkdə davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti