...

Nazirlikdən rəhbər işçilərə yeni tapşırıq

Cəmiyyət Materials 19 Oktyabr 2015 14:58 (UTC +04:00)
Gələn il ərzində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet resursunun mobil versiyası hazırlanacaq.
Nazirlikdən rəhbər işçilərə yeni tapşırıq

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi gələn ilin yayına kimi daha 7 elektron xidmət istifadəyə verməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet resursunun yenilənmiş versiyasının təqdimat versiyasında çıxış edən nazir Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, indiyədək 10 elektron xidmət istifadəyə verilib.

Mədəniyyət və Turizm Nazirliyinin bəzi rəhbər işçilərinin informasiya texnologiyaları vasitələri ilə işləməsindən narazı qalan Ə.Qarayev nazirliyin tabeliyindəki müəssisə rəhbərlərinin məsuliyyətinin artmasını, onlatın təbliğat işlərinə daha çox önəm verməsini zəruri sayıb.

Ə.Qarayevin sözlərinə görə, bundan sonra müəssisələrin fəaliyyətinə qiyməti onların ziyarətçilərinin, tamaşaçılarının sayı, işçilərinin davamiyyət göstəriciləri, nizam-intizamı ilə yanaşı, onların saytlarının vəziyyəti, işlərinin elektron vasitələrdə hansı dərəcədə əks olunmasını da nəzərə almaqla verəcək: "Əgər bu, olmasa, hesab edəcəyəm ki, bu müəssisə yoxdur. Hadisə işıqlandırılmayıbsa, demək, o hadisə yoxdur".

Ə.Qarayev əlavə edib ki, bu baxımdan bu gün kitabxana şəbəkəsində baş verən proseslər onu qane etmir.

Nazir qeyd edib ki, artıq gələn ildən başlayaraq, müəssisələr öz hesabatlarında elektron xidmətlərdən istifadə etmə, saytlarının necə işləməsi barədə də məlumatlar verməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti