...

Fuad Qəhrəmanlının şikayəti təmin edilmədi

Cəmiyyət Materials 1 Fevral 2016 13:49 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində Nəsimi rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı verilən apelyasiya şikayətinə baxılıb.
Fuad Qəhrəmanlının şikayəti təmin edilmədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində Nəsimi rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı verilən apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb. F.Qəhrəmanlının özünün də iştirak etdiyi prosesdə şikayəti təmin edilməyib.

Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti