...

Bilik Fondu hərbi vətənpərvərlik ruhunda tədbir keçirdi (FOTO)

Cəmiyyət Materials 24 İyun 2016 19:50
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş “Ordumuz - qürurumuzdur” mövzusunda tədbir keçirib.
Bilik Fondu hərbi vətənpərvərlik ruhunda tədbir keçirdi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Hərb Tarixi Muzeyində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş “Ordumuz - qürurumuzdur” mövzusunda tədbir keçirib.

İşğal olunmuş 6 rayondan 60 məcburi köçkün məktəbli, çağırışçı gənc və müəllimin iştirakı ilə keçirilən tədbiri Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla açaraq ordumuzun keçdiyi 98 illik şərəfli yoldan danışıb. Bilik Fondunun təbrik məktubunu və kitab hədiyyələrini təqdim edib.

Muzeyin rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik Əzizağa Qənizadə çağırışçı gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə, hərb tariximizlə bağlı məktəblilərin məlumatlandırılmasına, Milli Ordumuzda gedən son keyfiyyət dəyişiklikləri barədə ictimaiyyətə informasiyalar yayılmasında fəal iştirakına görə Bilik Fonduna təşəkkür edib.

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Bilik Fondu ilə səmərəli əməkdaşlıqdan danışaraq əlamətdar bayramla əlaqədar xalqımızı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Ordumuzun şəxsi heyətini məcburi köçkünlər adından təbrik edib.

“İgidlər yurdusan, ey Azərbaycan!” video-klipini təqdim edən hərbi vətənpərvərlik ruhlu mahnıların mahir bəstəçisi Sevinc Tofiqqızı belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb.

Məktəblilərin ifasında vətənə, şəhidlərə, ordumuza həsr edilmiş şeirlər səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti