...

Yeni rektor: İxtisar olmayacaq

Cəmiyyət Materials 14 İyul 2016 15:55 (UTC +04:00)
Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilən Azərbaycan Müəllimlər İnstitutunda çalışan müəllimlərin hamısı işlə təmin olunacaq.
Yeni rektor: İxtisar olmayacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirilən Azərbaycan Müəllimlər İnstitutunda çalışan müəllimlərin hamısı işlə təmin olunacaq. Onlar arasında ixtisar olmayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeni rektoru Cəfər Cəfərov deyib.

AMİ-nin ADPU-ya birləşdirilməsi işlərinin tam olaraq yekunlaşdığını deyən C.Cəfərov qeyd edib ki, hazırda ADPU-da təhsil alan ümumi tələbələrin sayı Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə təxminən 20 mindir: "Builki məzunları nəzərə alsaq, bu rəqəm bir az azalacaq. Çünki qəbul planında müəyyən dəyişikliklər edilib".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti