Bakı. Samir Əli - Treünd:
Oktyabrın 18-də saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 11-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.
Bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.
Bildirilir ki, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.