...

Yunanıstanda Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2017 18:59 (UTC +04:00)
Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub.
Yunanıstanda Azərbaycanın yeni diaspor təşkilatı yaradılıb (FOTO)

Bakı. Trend:

Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti noyabrın 9-da açılış mərasimini və Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd edib.

Mərasimdə Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, Türkiyənin Salonikdəki Baş konsulluğunun nümayəndələri, cəmiyyətin üzvləri, yunan icması, Salonik şəhərindəki digər diaspor təşkilatlarının sədrləri, turizm firmalarının və dövlət qurumlarının nümayəndələri olmaqla 70 nəfərədək iştirak edib.

Tədbirdə cəmiyyətin sədri Rəşid Məmmədov qonaqları salamladıqdan sonra cəmiyyətin yaradılması, gələcək fəaliyyəti və planları haqqında danışıb. Daha sonra açılış mərasimində çıxış edənlər təşkilatın rəhbərliyinə uğurlar arzulayaraq, ölkəmizin zəngin və qədim mədəni irsinin, tarixinin, turizm potensialının və Qarabağ həqiqətlərinin Yunanıstanda tanıdılması istiqamətində cəmiyyətin səmərəli fəaliyyət göstərəcəyinə ümidvar olduqlarının deyiblər.

Qeyd edək ki, Azərbaycan, rus, ingilis və yunan dillərində qala2017.com saytı da yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti