...

MTRŞ yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edib

Cəmiyyət Materials 14 Noyabr 2017 16:36 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
MTRŞ yeni televiziya kanalının yaradılması ilə bağlı müsabiqə elan edib

Bakı. Trend:

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti